Xamneyi İranda koronavirusdan vəfat edən həkimləri şəhid elan edib –

QƏRAR
11 Mart 2020 - 20:13

İranın Ali dini rəhbəri Xamenyeinin razılığı ilə koronavirus epidemiyasına qarşı mübarizədə həyatını itirən səhiyyə işçiləri şəhid sayılacaq.

Bu barədə Mehr Agentliyi xəbər yayıb. Xameneyi İranın səhiyyə naziri Səid Nəməkinin yeni tip koronavirus (Kovid-19) epidemiyasına qarşı mübarizədə həyatını itirən səhiyyə işçilərini şəhid olaraq sayılması təklifini qəbul edib.

İranda bu günə qədər  13 həkim və tibb bacısı koronavirus səbəbiylə həyatını itirib.

İranın Səhiyyə Nazirliyi ölkədə yeni növ koronavirus (Kovid-19) xəstəliyindən ölənlərin sayının 291-ə yüksəldiyini bildirib. İran Səhiyyə Nazirliyinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Bürosunun rəhbəri Kiyanuş Cihanpur Tehrandakı keçirdiyi gündəlik mətbuat brifinqində Kovid-19 hadisələri ilə bağlı son vəziyyəti çatdırıb.

Cihanpur virusa yoluxanların sayının 8042-yə, həyatını itirənlərin sayının 291-ə yüksəldiyini bildirib.

Son 24 saat ərzində 54 nəfərin koronavirusdan öldüyünü söyləyən Cihanpur, yoluxmuş və sağalmış insanların sayının isə 2731-ə çatdığını söyləyib. (dəyərlər.org)