“Xan Lənkəran” və Bakının “Gənclik” komandaları arasında oyunu 3500 azarkeş izlədi –

FOTOLAR
20 Sentyabr 2021 - 13:03

Dünən Lənkəran şəhər stadionunda həvəskar komandalar arasında yoxlama oyunu keçirilib.

Qol.az xəbər verir ki, “Xan Lənkəran” və “Gənclik” (Bakı) komandalarının görüşü ajiotaja səbəb olub. Oyunu 3000-3500 azarkeş izləyib.

Bir neçə gün öncə “Zəngilan” komandasını qəbul edən və 11:0 hesabı ilə qalib gələn “Xan Lənkəran” bu dəfə bakılıları 4 cavabsız qolla üstələyib.