Beşinci çağırış Milli Məclisin yaşlı deputatlarından olan Xanhüseyn Kazımlı qarşıdan gələn növbədənkənar parlament seçkilərinə qatılmayacaq.
Amma əvəzində o, qızının namizədliyini 80 saylı İmişli-Beyləqan seçki dairəsindən fərdi namizəd kimi irəli sürüb.
Modern.az saytı məlumatı dəqiqləşdirmək üçün Dairə Seçki Komissiyası ilə əlaqə saxlayıb.
80 saylı İmişli-Beyləqan seçki dairəsindən saytımıza bildirilib ki, Xanhüseyn Kazımlının qızı sənədlərini DSK-ya dünən təqdim edib: “Əsli Kazımova deputatlığa namizəd olmaq üçün sənədlərini dünən təqdim edib”.
Qeyd edək ki, Xanhüseyn Kazımli birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.