Xankəndində separatçı Vitali Balasanyana qarşı cinayət işi açılıb

Xankəndinin separatçı guruhu Qarabağın keçmiş  qondarma “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyana qarşı cinayət işi qaldırıb. 

Azpost.info bildirir ki, bu barədə “Pastinfo” məlumat yayıb. Balasanyan vəzifə səlahiyətlərini aşmaqda ittiham olunur. Onun yaxın günlərdə məhkəməyə veriləcəyi istisna olunmur.

Saytın məlumatına görə, Balasanyana qarşı daha bir neçə iş üzrə materiallar hazırlanır. Bunun əsasında yeni cinayət işi açılacağı gözlənilir.

 

Əvvəlki məqalə

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Sonrakı məqalə

Kral Çarlz zəlzələ zonası üçün aparılan yardım kampaniyasını ziyarət edib