“Xaricdə yaşayan türklərə hücumlardan narahatıq”

- Türkiyə XİN açıqlama yaydı
16 Oktyabr 2019 - 12:56

Türkiyənin Xarici İşlər Nazirliyi xarici ölkədə yaşayan Türkiyə vətəndaşlarının “Barış bulağı” hərəkatı başlayandan sonra təzyiqlərlə üzləşmələri ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, bəzi ölkələrin rəsmilərinə xəbərdarlıq edilməsinə baxmayaraq, insidentlərin baş verməməsi üçün tədbirlər görülməyib: “PKK terror təşkilatının tərəfdarları xüsusilə, Avropa ölkələrində təzyiqləri daha da artırmaqdadır. Terrorçular türklərin iş yerlərinə, iştirak etdiyi tədbirlərdəki məkanlara, məscidlərə hücumlar edirlər”.

Açıqlamada xarici ölkələrdə yaşayan türklərin təhlükəsizliyi üçün Türkiyənin bu ölkələrdəki səfirliklərində, konsulluqlarında və digər təşkilatlarında tədbirlərin gücləndirildiyi bildirilib.

Sonda Türkiyənin həmin ölkələrin səlahiyyətli şəxslərin bu məsələyə diqqət yetirilməsinin gözlədiyi qeyd olunub(apa).