Azərbaycan iqtisadiyyatı 2,5% artıb- Dövlət Statistika Komitəsi

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 58 464,2 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5%, neft-qaz sektorunda isə 1,1% artıb.

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. İnformasiya və rabitə sahələrində əlavə dəyər 16,4%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,1%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,9%, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 3%, sənayedə 2,5%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,3%, digər xidmət sahələrində 2,2% artıb, tikintidə isə 5,6% azalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Xaricdə yaşayan türklərə hücumlardan narahatıq”

Sonrakı məqalə

“Bu il əmək müqavilələrinin sayı 126 min artıb”