“Xaricdə yaşayan türklərə hücumlardan narahatıq”- Türkiyə XİN açıqlama yaydı

Türkiyənin Xarici İşlər Nazirliyi xarici ölkədə yaşayan Türkiyə vətəndaşlarının “Barış bulağı” hərəkatı başlayandan sonra təzyiqlərlə üzləşmələri ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, bəzi ölkələrin rəsmilərinə xəbərdarlıq edilməsinə baxmayaraq, insidentlərin baş verməməsi üçün tədbirlər görülməyib: “PKK terror təşkilatının tərəfdarları xüsusilə, Avropa ölkələrində təzyiqləri daha da artırmaqdadır. Terrorçular türklərin iş yerlərinə, iştirak etdiyi tədbirlərdəki məkanlara, məscidlərə hücumlar edirlər”.

Açıqlamada xarici ölkələrdə yaşayan türklərin təhlükəsizliyi üçün Türkiyənin bu ölkələrdəki səfirliklərində, konsulluqlarında və digər təşkilatlarında tədbirlərin gücləndirildiyi bildirilib.

Sonda Türkiyənin həmin ölkələrin səlahiyyətli şəxslərin bu məsələyə diqqət yetirilməsinin gözlədiyi qeyd olunub(apa).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu il dünyada terrordan neçə insan ölüb?

Sonrakı məqalə

Azərbaycan iqtisadiyyatı 2,5% artıb