Xarici dövlətin vətəndaşlığını qəbul etməsi barədə məlumat verməyən Azərbaycan vətəndaşları…
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş və bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməyən Azərbaycan Respublikasının vətəndaşı cinayət məsuliyyəti daşamayacaqlar.
APA-nın məlumatına görə, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
