Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Xarici investorlar gəlməsə, gələn il pul olmayacaq”

User 03 Mart 2023 - 15:10 (Last updated: 21 May 2025 - 20:15)
deripaska.jpg__0_16x9

“Xarici investorlar gəlməsə, gələn il Rusiyada pul olmayacaq”.

Azpost.info xəbər verir ki, bunu rusiyalı milyarder Oleq Deripaska Krasnoyarsk İqtisadi Forumunda çıxışı zamanı bildirib.

“Artıq pulla bağlı ciddi problemlər var. Dost ölkələrdən xarici investorları cəlb etmək çox vacibdir. Əgər biz problemlərə görə hər rüb oyun qaydalarını dəyişsək, heç kim bizə inanmayacaq – nə rusiyalı, nə də xarici sahibkarlar”, – milyarder vurğulayıb.

Onun fikrincə, ölkədəki iqtisadi vəziyyət çox çətin və qeyri-müəyyəndir və ən azı 2025-ci ilin ortalarına qədər belə qalacaq.

Həmçinin çıxışı zamanı Deripaska məmurların və hüquq-mühafizə orqanlarının nümayəndələrinin sayının iki-üç dəfə ixtisar edilməsini təklif edib, onların hazırkı sayını iqtisadiyyata ciddi yük adlandırıb.

“Baza” Telegram kanalı xəbər verir ki, Deripaskanın çıxışı zamanı onun yanında əyləşən Krasnoyarsk diyarının qubernatoru Aleksandr Uss ixtisara düşməyə hazır olduğunu deyib. Eyni zamanda o, milyarderə açıq auditoriyada incə məsələləri müzakirə etməməyi təklif edib.

Oleq Deripaska Rusiya Alüminium şirkətinin keçmiş rəhbəri, “Basic Element” şirkətinin müşahidə şurasının sədridir. Vladimir Putinə yaxın şəxs kimi 2018-ci ilin aprelindən ABŞ-ın sanksiyaları altındadır. Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı müdaxiləsindən sonra Deripaska da Avropa İttifaqı, Böyük Britaniya və bir sıra digər ölkələrin sanksiyalarına məruz qalıb. Bununla bağlı milyarder 2017-ci ildə Kipr vətəndaşlığından məhrum edilib.

2021-ci ilin sentyabrında hazırda həbsdə olan rusiyalı siyasətçi Aleksey Navalnının komandası Rusiya xarici işlər naziri Sergey Lavrovun qohumlarının Oleq Deripaskaya məxsus şəxsi təyyarələrdən, evlərdən və otellərdən istifadə etməsi ilə bağlı araşdırma dərc edib. İddialara görə, bunun müqabilində Lavrov sahibkarın maraqlarını lobbiləşdirir.

Üç il əvvəl Navalnı Deripaskanın Rusiya Baş nazirinin o vaxtkı müavini Sergey Prixodko ilə yaxtada necə istirahət etdiyi ilə bağlı araşdırma yaymışdı.

Azpost.info

Post navigation

Previous: Martın 12-də buraxılış imtahanı keçiriləcək
Next: Əkrəm İmamoğlu prezident seçkilərində namizəd olacaq? –

Oxşar xəbərlər

kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48

xƏBƏR

kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryanın həbs müddəti daha 2 ay uzadılıb. Bu barədə vəkil...
Read more about Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı
2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub budce
  • Baş Yazı

2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

User 23 Oktyabr 2026 - 10:24
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 23 Oktyabr 2026 - 10:06
Borca görə axtarışda olan 88 nəfər saxlanılıb DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00
Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.