Xarici İşlər naziri Ceyhun Bayramov Moskvaya səfər edəcək

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Moskvaya səfər edəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, avqustun 26-da Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

Görüşdə iki ölkə arasındakı münasibətlər, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunacaq. (APA)

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir