Xarici İşlər naziri Rusiyaya səfər edəcək

20 Avqust 2020 - 16:36

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasına rəsmi səfəri nəzərdə tutulur.

 Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.

O qeyd edib ki, səfər bu ilin 26 avqust tarixində baş tutacaq.