Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Xərçəngin müalicəsinə ilk cəhd 4 min il əvvəl edilib –

User 06 İyul 2025 - 22:24 (Last updated: 06 İyul 2025 - 17:20)
Kəllə

Kəllə

Xərçəngin müalicəsinə ilk cəhd 4 min il əvvəl edilib.

İndiyədək tarix elminə məlum olan tapıntılar qədim Misirdə ilk xərçəng əməliyyatının eradan əvvəl 1600-cü ildə aparıldığını göstərirdi. Lakin son tədqiqatlar bu işin daha əvvəl başladığını sübut edir.

Kembric Universitetinin alimləri Misirdə tapılmış, e.ə. 2686-2345-ci illərə aid kəllə sümüyünü müayinə ediblər. Kəllə sümüyündə bir böyük şiş və otuz kiçik ölçülü metastaz zədələnməsi aşkar edilib.

İşin maraqlı tərəfi bu zədəli hissələrin ətrafında iti metal alətlə kəsik aparılmasıdır. Bu da deməyə əsas verir ki, misirli təbiblər 30 yaşlarında olan kişini sağaltmaq üçün cərrahi müdaxiləyə əl atıblar.

Alimlər bildirirlər ki, bu, tarixdə xərçəng şişinə edilmiş ilk cərrahi müdaxilədir. Bu eyni zamanda müasir tibbin başlanğıcıdır.

Tədqiqatçılar eyni kolleksiyadan olan e.ə. VI əsrə aid kəllə sümüklərini də müayinə ediblər. Bu sümüklərin bəzilərində xərçəng, bəzilərində isə kəsici silah xəsarətləri aşkar edilib. Məlum olub ki, misirli təbiblər xərçəngi müalicə edə bilməsələr də, silah yarasının öhdəsindən gəlməyi bacarıblar.

Son tədqiqatlar qədim Misirdə tibb elminin təsəvvür ediləndən daha yüksək səviyyədə inkişaf etdiyini göstərir.

 

AzPost.az

Post navigation

Previous: Səhra qumu tikinti üçün niyə yararsızdır?
Next: Uzun iş saatları yüksək təzyiqi artıra bilər

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

ilham cop31
  • Siyasət

İlham Əliyev Antalyada COP31-in Liderlər Sammitində – VİDEO

User 11 Noyabr 2026 - 14:00
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının...
Read more about İlham Əliyev Antalyada COP31-in Liderlər Sammitində – VİDEO
COP31-də enerji inqilabı – 2035-ci ilə qədər neft və qazı nə gözləyir? / TƏHLİL cop31
  • Siyasət

COP31-də enerji inqilabı – 2035-ci ilə qədər neft və qazı nə gözləyir? / TƏHLİL

User 11 Noyabr 2026 - 13:53
“Şəhid ailələrinə, müharibə əlillərinə mənzil əvəzinə pul verilsin” – Deputat qudret bey
  • Sosial

“Şəhid ailələrinə, müharibə əlillərinə mənzil əvəzinə pul verilsin” – Deputat

User 11 Noyabr 2026 - 13:11
Əbu-Dabidə Ukrayna üzrə danışıqların ikinci mərhələsi başladı – Masada hansı məsələlər var? rus ukr danisiq abu dabi
  • Dünya

Əbu-Dabidə Ukrayna üzrə danışıqların ikinci mərhələsi başladı – Masada hansı məsələlər var?

User 11 Noyabr 2026 - 12:53
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 11 Noyabr 2026 - 12:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.