Xerson vilayəti öz adını saxlamaqla, ayrıca subyekt kimi Rusiyanın tərkibinə daxil olacaq.
TASS bildirir ki, bu vəziyyət, bazar günü Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin saytında dərc edilmiş müqavilənin Rusiya Konstitusiyasına uyğunluğunun tanınması haqqında qərardan irəli gəlir.
“Baxılan Müqavilənin 2-ci maddəsinə əsasən, Xerson vilayətinin Rusiya Federasiyasında qəbul edildiyi gündən Rusiya Federasiyasının tərkibində yeni subyekt – Xerson vilayəti formalaşır”, – sənəddə deyilir.
