XİN-in sabiq şöbə rəisinin vəsatəti təmin edilməyib

10 Sentyabr 2020 - 19:00

Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyat zamanı həbs edilən Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığa qətimkan tədbiri ilə dəyişdirməsi bağlı məhkəməyə vəsatətinə baxılıb.

Hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N. Abdullayevin vəsatəti təmin edilməyib.