Xırdalanda kütləvi dava –

Ölənlər və yaralananlar var
26 İyul 2020 - 09:37

Abşeronda ölümlə və xəsarətlə nəticələnən kütləvi dava olub.

“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, bir neçə nəfər arasında yaranan mübahisə kütləvi dava ilə nəticələnib. Dava zamanı altı nəfər – 1980-ci il təvəllüdlü Məmmədov Xəlil Zahid oğlu və qardaşı, 1975-ci il təvəllüdlü Məmmədov Məmməd Zahid oğlu, 1979-cu il təvəllüdlü Mövsümov Yaşar Mövsüm oğlu, 1987-ci il təvəllüdlü Həsən Cabbarov, 1992-ci il təvəllüdlü Quliyev Tural Firudin oğlu və dostu, 1992-ci il təvəllüdlü Həsənəliyev İqar Yaşar oğlu bıçaqlanıblar. Yaralılar təcili yardımın köməyi ilə xəstəxanalara çatdırılıblar.

Dava zamanı ağır xəsarət almış iki nəfər – H.Cabbarov hadisə yerində, M.Məmmədov isə xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.