Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Xırdalanda məişət zorakılığı əleyhinə tədbir keçirilib

User 13 Avqust 2025 - 08:00 (Last updated: 13 Avqust 2025 - 10:28)
xir05

12 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Məişət zorakılığı əleyhinə uğurlu təcrübələrin təşviqi” adlı qrant layihəsinin növbəti – beşinci tədbiri  Xırdalan şəhərində yerləşən “Gənclər Evi”ndə baş tutdu.

Layihə çərçivəsində Bakı şəhərinin Yasamal, Qaradağ və Xəzər rayonlarında, Sumqayıt və Xırdalan şəhərlərində  tədbir keçirilmişdir. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə açan “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri və layihənin rəhbəri Səidə Musayeva cəmiyyətdə, xüsusilə qadınlara və uşaqlara qarşı baş verən məişət zorakılığı hallarının yaratdığı fəsadlardan bəhs edərək, bu problemin sosial təhlükəsizlik və sağlam inkişaf üçün ciddi təhdid olduğunu vurğuladı. O bildirdi ki, layihə çərçivəsində ümumilikdə beş tədbirin keçirilməsi nəzərdə tutulub.

Birliyin sədr müavini və tədbirin aparıcısı Cəmalə Naxçıvani çıxışında bu məsələnin ölkəmizdə dövlət səviyyəsində daim diqqət mərkəzində saxlanıldığını, dövlətin humanist siyasətinin bu sahədəki əksini vətəndaş cəmiyyətinin fəaliyyətində də tapdığını vurğuladı. O, layihə çərçivəsində hazırlanmış təqdimatla iştirakçıları tanış etdi.

Tədbirdə layihənin eksperti, hüquqşünas-psixoloq Natiq Babayev məişət zorakılığı ilə mübarizənin hüquqi mexanizmləri, psixoloji dəstək xidmətləri və həm yerli, həm də beynəlxalq uğurlu təcrübələr barədə ətraflı məlumat verdi. Xüsusilə qadınların cəmiyyət həyatında fəal iştirakı, onların iqtisadi və sosial baxımdan gücləndirilməsi məsələlərinə toxunan ekspert iştirakçıların çoxsaylı suallarını da cavablandırdı.

Tədbir boyu iştirakçılar fəal müzakirələr apararaq mövzu ətrafında öz fikirlərini və təcrübələrini bölüşdülər. Sual-cavab sessiyaları,  müzakirələr tədbirin daha səmərəli və dinamik keçməsinə şərait yaratdı. Bu yanaşma, mövzunun yalnız nəzəri deyil, həm də praktiki aspektlərinin dərin şəkildə öyrənilməsinə imkan verdi və iştirakçılar arasında qarşılıqlı anlayış və həmrəylik mühitini gücləndirdi.

Tədbirin sonunda çıxış edən layihə rəhbəri Səidə Musayeva bir daha vurğuladı ki, məişət zorakılığı yalnız Azərbaycan üçün deyil, bütün dünya ölkələri üçün aktual və ciddi bir problemdir. Bu problemin daim gündəmdə saxlanılması, geniş ictimaiyyətin maarifləndirilməsi, zorakılığın qarşısının alınmasına yönəlmiş uğurlu modellərin tanıdılması layihənin əsas məqsədidir. O qeyd etdi ki, Birliyin bu layihəni həyata keçirməsində əsas hədəflərindən biri qadınların və uşaqların müdafiəsi, inkişafı, eləcə də innovativ yanaşmaların təşviqidir.

Səidə Musayeva çıxışında Agentliyin bu istiqamətdə elan etdiyi qrant müsabiqəsinin əhəmiyyətini yüksək qiymətləndirdiklərini bildirib, “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin təşəbbüsünü dəstəkləyərək layihəni qaliblər sırasına daxil etdiyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkürünü bildirdi. ‎

AzPost.az

Post navigation

Previous: Cəlilabadda bələdiyyə fəaliyyəti mövzusunda təlim keçirilib
Next: Putin və Trampın görüşü Alyaskadakı hərbi bazada keçiriləcək

Oxşar xəbərlər

zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.