Xırdalanda oğul 72 yaşlı atasını döyərək ona ağır xəsarət yetirib

11 Aprel 2020 - 22:36

Bakının Xırdalan şəhərində oğul yaşlı atasını döyərək ağır xəsarətlər yetirib.

Hadisə Heydər Əliyev prospektindəki ünvanda baş verib.

1948-ci il təvəllüdlü Əliyev Səxavət Feyruz oğlu evdə oğlu ilə mübahisə edib. Oğlu onu mübabisə zəminində döyüb.

Yaralı ağır- kəllə beyin travması və müştərək travma diaqnozu ilə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağırdır.

Faktla bağll Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)