Nyu-York qubernatoru koronavirusla bağlı son ölüm sayından heyrətə gəldi:"Dəhşətli xəbərdir"

Nyu-York ştatında koronavirusdan ölənlərin sayı son gündə 783-ə çatıb. Bununla da ştat üzrə ölənlərin sayı 7444-dən 8627-ə yüksəlib. 

TASS  xəbər verir ki, bunu Nyu-York ştatının qubernatoru Endryu Kuomo şənbə günü keçirilən mətbuat konfransında bildirib.

“Dəhşətli xəbərdir, son sutka ərzində 783 nəfər öldü. Bu, qeydə alınan ən yüksək rəqəm deyil”, deyə Kuomo əlavə edib.

Onun sözlərinə görə, aprelin 8-də 799 ölüm qeydə alınsa da, bir gün sonra – aprelin 9-da bu rəqəm 777 olub. Lakin yenidən ölüm sayı yüksələn xətt üzrə inkişaf edib: “Göründüyü kimi, göstəricilər bir qədər sabitləşmişdi, ancaq yenidən dəhşətli səviyyəyə qalxdı”.

O, yoluxanların sayında isə azalmanın müşahidə edildiyini bildirib.

Qubernator insanlara qoyulmuş məhdudiyyətlərin nə vaxt ləğv edilməsi ilə bağlı hələ heç bir qərarın olmadığını deyib: “Hər kəs eşitmək istəyir ki, xüsusi rejim iki həftə, üç və ya dörd həftə sonra bitəcək. Konkret tarix deyə bilməyəcəyəm”.

Qeyd edək ki, Cons Hopkins Universitetinin məlumatına görə, bu günədək ABŞ-da 503,5 mindən çox koronavirus infeksiyası qeydə alınıb, 18,8 mindən çox insan ölüb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Şeyxülislam tolerantlığa dəstək verdiyinə görə hədəf seçilib” –

Sonrakı məqalə

Xırdalanda oğul 72 yaşlı atasını döyərək ona ağır xəsarət yetirib