Xızıda avtomobil aşdı

Xızıda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun girişinə çatmamış hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Opel” markalı avtomobil “Toyota Prado” markalı avtomobilin yoluna çıxıb. Daha sonra “Toyota Prado” markalı avtomobil isə manevr edərək idarəetməni itirib və yoldan kənara çıxaraq aşıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu ilin I yarım illiyində Meksikanın Azərbaycana ixracı artıb

Sonrakı məqalə

Dövlət Vergi Xidməti: Elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməsi hallarının qarşısı alınacaq