Xocavənd döyüşlərində şəhid olan Vüsal Məmmədov Gəncə Şəhidlər Xiyabanında dəfn olunub

18 Mart 2021 - 15:00

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan əsgəri bu gün Gəncədə dəfn edilib.

Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olan, 1998-ci il təvəllüdü Məmmədov Vüsal Elşən oğlunun nəşi yaşadığı evə gətirilib. Şəhidlə evdə vida mərasimi keçirilib. Daha sonra V. Məmmədov Gəncə Şəhidlər Xiyabanına torpağa tapşırılıb.

Dəfn mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib. (APA)