Xocavənd döyüşlərində şəhid olan Vüsal Məmmədov Gəncə Şəhidlər Xiyabanında dəfn olunub

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan əsgəri bu gün Gəncədə dəfn edilib.

Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olan, 1998-ci il təvəllüdü Məmmədov Vüsal Elşən oğlunun nəşi yaşadığı evə gətirilib. Şəhidlə evdə vida mərasimi keçirilib. Daha sonra V. Məmmədov Gəncə Şəhidlər Xiyabanına torpağa tapşırılıb.

Dəfn mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azad edilmiş ərazilərdə idarəetmə səlahiyyətləri Şəhərsalma və Arxitektura Komitəsinə verildi –

Sonrakı məqalə

“Bu ABŞ prezidenti tərəfindən deyilən ən pis sözlərdir” –