Xocavənddə 2 erməni hərbçinin qalıqları aşkar olunub

21 Avqust 2021 - 22:37

Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub.

Bu barədə “Sputnik Armeniya” saytı məlumat yayıb.

Hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.

Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1647 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb.