Xoruldamaqdan necə qurtulmalı? –

Sadə ÜSULLAR
31 Yanvar 2020 - 09:15
Əksər insanın narahat olduğu xoruldamaq səsləri – burun və boğazdan ciyərlərə gedən hava yollarını açıq tutan damarın, yuxu əsnasında genişlənməsi ilə meydana çıxır.
 
Bu barədə mütəxəssislər bildirir. Bəs xoruldamağın qarşısını necə almaq olar?
Aşağıdakı üsullar vasitəsi ilə xoruldamağınızın qarşısını qismən də olsa ala biləcəksiniz:
-Yatmazdan qabaq yeyiləcək ağır yeməklər və içkilərdən uzaqlaşın. Yatmazdan qabaq ağır qida yemək boğaz damarlarının normaldan daha çox genişlənməsinə yol açır, bu da xorlamağa səbəb olur.
-Artıq kilolarınız varsa idman vasitəsilə arıqlayın.
-Ağır xoruldamaq probleminiz yoxdursa yatmaq üsulunuzu dəyişdirməyə çalışın. Üzü üstə və ya yan yataraq bu problemdən xilas ola bilərsiniz.
-İçində tenis topu olan bir bel çantası taxın və topu belinizin boşluğuna gətirin. Bu üsulla hər beliniz tərəfində döndüyünüzdə narahat olacasınız və yan yatacaqsınız. Yataq otağınızın havasının təmiz olduğuna əmin olun.
-Siqaretdən istifadə edirsinizsə tərgitmək və ya azaltmaq tövsiyə edilir. Səbəb olduğu problemlərdən biri də xoruldamaqdır.
-Başınızı yüksəkdə tutacaq və xoruldamağın qarşısını alacaq yastıqdan istifadə etməyiniz məsləhətdir.(Medicina.az)