Yeni avtobuslar Azərbaycan gömrüyündə 194 min dollar dəyərində sənədləşdirilib

2019-cu ilin iyun-noyabr aylarında Türkiyədən 280 ədəd maye qazla işləyən sərnişin avtobusları tədarük edilib, onların hər biri Azərbaycan gömrüyündə 194.2 min dollardan sənədləşdirilib.

Ümumilikdə, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 280 avtobusun ümumi bəyan edilmiş dəyəri 54 milyon 377 min ABŞ dolları təşkil edib. Türkiyədə bu avtobusların qiyməti təxminən eyni məbləğdə (55.459 min dollar) bəyan edilib. (Turan)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır –

Sonrakı məqalə

Xoruldamaqdan necə qurtulmalı? –