Xorvatiya və Kolumbiya qalib gəlib-İngiltərə heç-heçə etdi / DÇ-2026

Futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.

Toronto stadionunda keçirilən L qrupunun II turunun matçında Xorvatiya Panama ilə qarşılaşıb.

Görüş Xorvatiya millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolun müəllifi 54-cü dəqiqədə Ante Budimir olub.

 

**

2026-cı il dünya çempionatında K qrupunun III turunda Kolumbiya və DR Konqo milliləri üz-üzə gəlib.

qarşılaşma Bakı vaxtı ilə saat 06:00-da start götürüb.

 

Matçın taleyini bir qol həll edib. 76-cı dəqiqədə Munyozun qolu Kolumbiyaya 3 xal qazandırıb.

DÇ-2026
K qrupu, II tur
24 iyun
06:00. Kolumbiya – DR Konqo 1:0.

Qol: Munyoz,

Kolumbiya: Vargas, Munyos, Lukumi, Sançes, Maçado, Lerma, Rios, Arias, Xames Rodriqes, Luis Dias, Kordoba

DR Konqo: Mpasi, Kalulu, İnqa, Çansel Mbemba, Masuaku, Moutussami, Pikel, Kakuta, Vissa, Bakambu, Elia

 

**

 

2026-cı il dünya çempionatında L qrupunun II turunun oyunlarına start verilib.

İngiltərə millisi Qana yığması ilə üz-üzə gəlib.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

Matç qolsuz bərabərliklə başa çatıb və komandalar hərəyə 1 xalla kifayətləniblər.

Qeyd edək ki, hər iki komanda mundiala qələbə ilə start verib. İngiltərə ilk turda Xorvatiyanı 4:2 hesabı ilə məğlub edib. Qana isə Panamadan üstün olmağı bacarıb – 1:0.

Dünya çempionatı
L qrupu, II tur
24 iyun

00:00. İngiltərə – Qana 0:0

İngiltərə: Pikford, Ceyms, Guehi, Konsa, Spens, Anderson, Rays, Bellinqem, Madueke, Qordon, Keyn

Qana: Asare, Senaya, Adjetey, Opoku, Mensah, Partey, Yirenki, Sibo, Uilyams, Semenyo, Ayyu

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.