“Xüsusi əməliyyatın vaxtı barədə danışmağa dəyməz, bu, həyatdır…” –PUTİN

Ukraynada xüsusi əməliyyat plan üzrə gedir, onun hansısa müddəti barədə danışmaq düzgün deyil, Rusiya qoşunları öz məqsədlərinə çatır.

Bunu Rusiya Prezidenti Vladimir Putin Aşqabadda keçirilən Xəzər sammitindən sonra jurnalistlərə açıqlamasında bildirib.

“Biz sakit işləyirik, qoşunlar hərəkət edir, qarşıya qoyulan vəzifələrə çatır. Hər şey plan üzrə gedir”, – Putin jurnalistlərə deyib.

O qeyd edib ki, əməliyyatın vaxtı barədə danışmağa dəyməz.

“Vaxt haqqında danışmağa ehtiyac yoxdur, bu, həyatdır. Bunlar real şeylərdir. Bu, hərbi əməliyyatların intensivliyi ilə bağlıdır və intensivlik mümkün itkilərlə birbaşa bağlıdır”,- deyə Rusiya prezidenti vurğulayıb.

Əvvəlki məqalə

Rusiyanın Baş naziri Azərbaycana səfər edəcək

Sonrakı məqalə

“ABŞ üçün düşmən kimi İran yox, Rusiya uyğun idi…” –