Krımın rəhbəri Sergey Aksyonov aprelin 1-dən xüsusi hərbi əməliyyatda iştirak edən bölgə sakinlərinə torpaqların pulsuz verilməsinə başlamaq barədə göstəriş verib.
Azpost.info xəbər verir ki, o, bu barədə “Teleqram” kanalında məlumat verib.
Aksyonov qeyd edib ki, torpaq sahələri dənizə yaxın ərazidə – Sakski, Çernomorski, Razdolnenski və Leninski rayonlarında ayrılacaq və lazımi infrastrukturla təmin olunacaq: “Xüsusi hərbi əməliyyatın iştirakçıları üçün torpaq tədqiqatı işləri sürətləndiriləcək, sənədlərin işlənməsi və verilməsi proseduru aprelin 1-dən başlayacaq”.
Azpost.info
