Xüsusi təyinatlılar 20 nəfəri qətlə yetirmiş əsgəri ticarət mərkəzində tapa bilməyib

09 Fevral 2020 - 00:51

Tailandda xüsusi təyinatlılar 20 nəfəri qətlə yetirmiş əsgəri ticarət mərkəzində tapa bilməyib.

TASS-ın verdiyi xəbərə görə, polis silahlının gizləndiyi ticarət mərkəzinin bütün mərtəbələrini axtarsa da, onu tapa bilməyib. Əsgərin ticarət mərkəzinin zirzəmisində gizlənə biləcəyi ehtimal edilir.

Tailand ordusunun hərbçisi 32 yaşlı Jakrafant Thomma hərbi düşərgədən silah oğurlamazdan əvvəl komandirinə və iki əsgərə atəş açıb.

Daha sonra şəhərdəki “Terminal 21” ticarət mərkəzinə doğru maşınla hərəkət edən silahlı şəxs yol boyu insanlara və Buddist məbədinə atəş açıb. O, bütün bu hadisələri “Facebook” hesabında canlı yayımlayıb. İnsident nəticəsində 20 nəfərin öldüyü bildirilir.