“Yəhudiləri qorumağa çağırırıq” –İsrail Rusiyaya müraciət etdi

“İsrail Dağıstanda baş verən hadisələri izləyir”.

Bu barədə Nazirlər Kabineti və Xarici İşlər Nazirliyinin yaydığı birgə bəyanatda deyilir.

“İsrail ümid edir ki, Rusiya hüquq-mühafizə orqanları israillilərin və yəhudilərin təhlükəsizliyini təmin edəcək. Biz israillilərə qarşı yönəlmiş bu hərəkətlərə qarşı qətiyyətlə cavab veriləcəyini gözləyirik”, – deyə qeyd olunub.

Oktyabrın 29-da Mahaçqalada insanlar Təl-Əvivdən gələn təyyarənin uçuş-enmə zolağına daxil olublar. Onlar gələn İsrail vətəndaşlarının ölkəyə girişinə qarşı olublar.

Azpost.info

Əvvəlki məqalə

Dağıstanda hava limanı sabah fəaliyyətini bərpa edəcək

Sonrakı məqalə

“Qərb Rusiyanı strateji məğlubiyyətə uğratmaq istəyir” –