Yəməndə Müdafiə nazirinin olduğu qərargahda partlayış olub

- 2 hərbçi ölüb, xəsarət alanlar var
29 Oktyabr 2019 - 17:04

Yəmənin Maarib vilayətində Müdafiə Nazirliyinin müvəqqəti qərargahında partlayış törədilib.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” vilayətdəki yerli mənbəyə istinadən məlumat yayıb.

Hadisə nəticəsində 2 hərbçi ölüb, xəsarət alanlar var.

Partlayış zamanı qərargahda görüş keçirən Yəmənin Müdafiə naziri Məhəmməd Əli əl-Makdaşi isə sağ qalıb.

İlkin məlumata görə, “Ənsar Alla” (husilər) hərəkatının üsyançıları tərəfindən atılan raketin partlayışa səbəb olduğu bildirilir.