Yağış suyunda boğulanların çəkdiyi son görüntülər yayımlanıb –VİDEO

Bakının Sabunçu rayonunda yağış sularının basdığı ​​tuneldə həlak olanların son görüntüləri yayımlanıb.

Azpost.info bildirir ki, görüntülərdə suda dayanmış avtomobilin üzrəinə çıxan şəxs əks edilib. Onlar zarafatlaşaraq vəziyyəti idarə etməyə çalışırlar.

Xatırladaq ki, yağış suyunun tunelə dolması nəticəsində 2 nəfər boğulub.

Həyatını itirən şəxslər 48 yaşlı Elnur Fazil oğlu Şirinov və 1995-ci il təvəllüdlü Köçəri Fərman oğlu Abbasovdur.

Elnur Şirinov çörəkdaşıyan avtomobil idarə edirmiş.

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.