Yair Lapid rəsmi olaraq İsrailin baş naziri oldu

İsrailin “Yeş Atid” partiyasının lideri Yair Lapid iyunun 30-dan iyulun 1-nə keçən gecə rəsmi olaraq ölkənin baş naziri olub.

Bu barədə “Kan” radiosu bildirib.

Y.Lapid İsrail tarixində 14-cü baş nazir olub.

Öz növbəsində, baş nazirin aparatı öz Twitter səhifəsində gecə yarısı Nazirlər Kabinetinin yeni rəhbərinin rəsmi fotosunu yerləşdirib. Fotonun altında “İsrailin baş naziri Yair Lapiddir” deyilib.

Əvvəlki məqalə

Bu gündən Ukrayna Rusiya vətəndaşlarına viza rejimi tətbiq edir

Sonrakı məqalə

Şimali Koreyada COVİD bir uşağa görə yayılıb