“Yanğının təsirinə məruz qalan 400 xəstə evə buraxılıb” –

Türkiyənin səhiyyə naziri
31 İyul 2021 - 17:52

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca yanğının təsirinə məruz qalan 400 nəfərin xəstəxanadan evə buraxıldığını deyib.

Nazir Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bu barədə bildirib.

Nazir Antalyanın Manavqat rayonunda baş verən yanğınlarda 410 nəfərin xəsarət aldığını, onlardan 400 nəfərinin müalicə edilərək xəstəxanadan evə buraxıldığını, 10 nəfərin isə müalicəsinin davam etdiyini vurğulayıb.