“Yanğınların söndürülməsində ən önəmli rol oynayan Azərbaycandır” –

ƏRDOĞAN
05 Avqust 2021 - 00:29

“Bu gün qardaşım İlham Əliyevlə telefon söhbətimiz oldu. Bir “Amfibiya” təyyarəsini göndərəcəyini bildirdi”

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə televiziyalarına müsahibəsində bildirib.

Prezident Ərdoğan deyib ki, yanğınların söndürülməsində və yayılmasının qarşısını almaqda Azərbaycan ilk gündən öz dəstəyini əsirgəməyib: “Bizə dəstək verən hər bir dövlətə təşəkkür edirəm. Burada ən önəmlisi Azərbaycandır. Hazırda bir yanğınsöndürmə helikopteri və çox sayda heyəti ilə ölkəmizdə yanğınla mübarizə aparırlar. “Amfibiya” təyyarəsinin də gəlməsi ilə bərabər, yanğınsöndürən təyyarələr məsələsi daha yaxşı xidmət etmiş olacaq”.