Yanvar ayında 3 min nəfərə yaşa görə pensiya təyin olunub
Ötən ay 3116 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.
Məlumata görə, onların 59,4%-ni kişilər, 40,6%-ni isə qadınlar təşkil edib.
