YAP-çı namizəd Sadiq Qurbanov Şabran və Siyəzən rayonlarında 41 görüş keçirib –FOTO

 09 fevral parlament seçkilərində 54 saylı Şabran-Siyəzən seçki dairəsindən YAP-ın namizədi Sadiq Qurbanovun seçki kampaniyası çərçivəsində daha çox seçicilərlə birbasa təmasa və görüşlərə üstünlük verilir. Bu günə qədər Şabran və Siyəzən rayonlarında 41 kənd və qəsəbədə, həmçinin rayon mərkzələrində seçicilərə görüşlər keçirilib.

Namizədin seçki qərargahından verilən məlumata görə, əsas məqsəd  mümkün qədər daha çox seçici ilə bilavasitə kəndlərlə, qəsəbələrdə görüşmək, onları dinləmək, təkliflərini eşitmək, YAP-ın seçki platformasını izah etmək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili və xarici siyasəti, ölkədə həyata keçirilən islahatlar barədə məlumatlandırmaq, seçici fəallığına nail olmaqdır: “YAP sədri, cənab Prezidentin, partiya rəhbərliyinin  müvafiq tapşırıq və tövsiyyələrinə uyğun olaraq çalışırıq ki, heç bir kənd yaşayış məskəni, heç bir seçici diqqətdən kənarda qalmasın, S.Qurbanov hər bir kəndə, qəsəbəyə şəxsən getməyə, insanlarla özü görüşməyə, onları dinləməyə çalışır. By günə qədər keçirilən görüşlər  artıq bu məqsəd üçün nə qədər qətiyyətli olduğumuzu nümayiş etdirir”.

Bu günə qədər S.Qurbanov  Siyəzən şəhərində ağsaqqallar, ziyalılar ilə yanaşı  həmçinin, Yenikənd, Gilgilçay, Tuğay, Aşağı və Yuxarı Ələz  Dağquşçu, Böyük Həmyə, Balaca Həmyə, Zarat, Beşdam və Eynibulaq,  Məşrif,  Sədan kəndlərində, Gilgilcay qəsəbəsində görüşlər keçirib.

Şabran rayonunda isə S.Qurbanovun Ağbaş, Çölquşçu, Çayqaraqaşlı,  Əmirxanlı, Qazbabalı, Ceyranlı, Dəvəçi, Mollakamallı, Sincanboyat, Şahnəzərli, Qorğan, İzmara, Düz-Bilici, Çinarlar, Zağlı, Xəlifəlilər, Ağalıq Pirədəbil, Zeyvə, Sumaqova, Qazma, Zöhramı, Kilvar, Taxtalar və Dağ Bilici,  Gəndov, Ağalıq və Təzəkənd  kəndlərində seçicilərə görüşü baş tutub.

Namizəd, həmçinin rayon ziyalıları və gəncləri ilə görüşlər keçirib. S.Qurbanov hər iki rayonda şəhid ailələrinə baş çəkib, onların güzəranı, təklifləri ilə maraqlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan və Ermənistan XİN başçıları arasında Cenevrə danışıqları başa çatdı

Sonrakı məqalə

Allahşükür Paşazadə Türkiyənin Mərmərə Qrupu Vəqfinin “Şərəf ödülü” ilə təltif edilib –