YAP-ın “91-lər”indən olan Tofiq Hüseynov vəfat edib –

FOTO
13 Avqust 2021 - 11:07

Bakı Dövlət Universitetinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin böyük mütəxəssisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Tofiq Həsən oğlu Hüseynov vəfat edib.

Universitetdən verilən məlumata görə, 70 yaşında dünyasını dəyişən Tofiq Hüseynov 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 1981-ci ildə “Sinqulyar-həyacanlanmış inteqro diferensial tənliklər sistemi üçün optimal idarə məsələsinin həllinin asimptotikası və onun bəzi xüsusiyyətləri haqqında” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1999-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub. T.Hüseynov 1992-ci ilin oktyabrında ölkəni düşdüyü çətin vəziyyətdən xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə müraciət edən 91 nəfər tanınmış Azərbaycan ziyalısından biri olub.

2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!