YAP-ın iclasında rayon təşkilatlarına yeni sədrlər təyin olunacaq

10 Sentyabr 2021 - 10:58

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq məsələlər məlum olub.

Saat 15.00-da başlayacaq iclasın gündəliyinə Ramiz Göyüşovun partiyadan xaric edilməsi, YAP Bakı rayon təşkilatlarının yeni sədrlərinin təyin olunması və YAP Gənclər Birliyinin Əsasnaməsinin təsdiq olunması və digər təşkilati məsələlər daxildir.(APA)