YAP-ın qurultayı harada keçiriləcək? –

Bu gün açıqlama veriləcəyi gözlənilir
04 Mart 2021 - 09:35

Sabah-martın 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayının keçirilməsi gözlənilir.

Azpost.info etikxeber.az-a istinadən bildirir ki, məhdud sayda olan qurultay iştirakçılarından artıq COVİD-19-la bağlı analizlər, test müayinələri götürülüb.

Bu, dünən partiyanın mərkəzi qərargahında baş tutub.

Bu gün isə həm analizlərin cavablarının məlum olacağı, açıqlanacağı, həm də qurultayın hansı məkanda və saat neçədə keçiriləcəyi ilə bağlı qurultay iştirakçılarına məlumat veriləcəyi gözlənilir.