Mlli Məclisin Sədri postuna Sahibə Qafarovanın namizədliyi irəli sürüldü –

Rəhbərlik müəyyən olundu
10 Mart 2020 - 09:37

Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin Sədri və Milli Məclis Sədrinin müavinləri postlarına namizədləri məlum olub.

Namizədlər bu gün YAP İdarə Heyətinin iclasında müəyyənləşib.

YAP-ın Milli Məclis Sədri postuna namizədi Sahibə Qafarova, Milli Məclis sədrinin birinci müavini postuna namizədi Əli Hüseynli , Milli Məclis Sədrinin müavini postuna namizədi isə Hicran Hüseynova irəli sürülüb.