YAP SİYASİ ŞURASININ İCLASI BAŞLANIB –

Baş Nazir iştirak edir (YENİLƏNİB)
28 Noyabr 2019 - 11:25

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilir.

“Report”un xəbərinə görə, iclasda YAP Siyasi Şurasının üzvləri, o cümlədən Şura üzvü, Baş Nazir Əli Əsədov da iştirak edir. İclasda hansı məsələlərin müzakirə olunduğu yaxın saatlarda açıqlanacaq.

Siyasi Şuranın iclasından sonra, saat 15:00-da YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov mətbuat konfransı keçirəcək.

**

Sabah hakim partiyanın əsas seçkili ali orqanı olan Siyasi Şuranın təcili iclası çağırılıb.

Azpost.info bildirir ki, bu haqda isə etikxeber.az-a YAP-dakı mənbədən məlumat daxil olub.

Ancaq YAP-dakı mənbə, eləcə də,  hakim partiyadan olan millət vəkilləri  təcili iclasın hansı səbəbdən çağırıldığını dəqiq bilmirlər. İclasın təcili çağırılması da təsadüfi sayıla bilməz.

İclasda növbədənkənar qurultaya gedilməsi və seçki hazırlıqlarına start verilməsi də gözləniləndir, ehtimal olunandır.

İclas sabah 11:00-da YAP-ın mərkəzi qərargahında baş tutacaq və onun  təxminən 2-cən çəkəcəyi gözlənilir.İclasda vacib qərarların qəbul olunacağı, mesajların veriləcəyi gözlənilir.

Azpost.info bildirir ki, Yeni Azərbyacan Partiyasının fəaliyyətində ciddi dəyişiklər planlaşdırıldığı oktaybr ayında Prezident İlham Əliyevin Baş nazirin müavini Əli Həsənovu qəbul edərkən dediyi sözlərdən məlum olmuşdu.

“Mənim göstərişimlə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əlavə addımlar atılmalıdır”-deyə Dövlət başçısı  o zaman vurğulamışdı.

İlham Əliyev partiya işində fəallığa daha böyük ehtiyac olduğunu demişdi.

Belə məlum olur ki, hakim partiyada ciddi kadr və fəaliyyət dəyişiklikləri nəzərdə tutulur. Görünür İlham Əliyev YAP-ı dövrün çağırışlarına adekvat bir siyasi qüvvə kimi yeni platforma üzərində yenilənməsinə start vermək istəyir.