YAP Xətai təşkilatının sədrliyinə Vüqar Rəhimzadənin namizədliyini irəli sürüb

10 Sentyabr 2021 - 11:29

Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri vəzifəsinə Vüqar Rəhimzadənin namizədliyi irəli sürüləcək.

V. Rəhimzadənin YAP Xətai rayon təşkilatının sədri təyinatı məsələsinə partiyanın İdarə Heyətinin bu gün keçiriləcək iclasında baxılacaq.

Qeyd edək ki, bundan əvvəl YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov idi. H. Mirələmovun sosial şəbəkələrdə qeyri-əxlaqi videoları yayılandan sonra partiya sıralarından xaric edilib. (APA)