Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Banner

Yaponiya alimləri suyu yanacağa çevirdilər –

User 04 Dekabr 2024 - 10:14 (Last updated: 21 May 2025 - 20:15)
hidrogen motor

Yaponiya alimləri suyu yanacağa çevirməyi bacarıblar.

Azpost.info bildirir ki, bu barədə “Frontiers in Science” elmi jurnalı məlumat yayıb.

Yapon alimləri günəş işığından istifadə edərək suyu hidrogen yanacağına çevirmək üçün yeni üsul hazırlayıblar. Xüsusi fotokatalizatordan istifadə etməklə bu yeni texnologiya müxtəlif tətbiqlər üçün daha ucuz, daha bol və davamlı hidrogen yanacağı yaratmağa kömək edə bilər.

Hazırda hidrogen daha çox təbii qazdan alınır. Bu isə o deməkdir ki, qalıq yanacaqlardan imtina edərək ekoloji cəhətdən təmiz yanacaqlara üstünlük vermək mümkün deyil. Bununla belə, günəş işığından istifadəyə əsaslanan bu sadə üsul, gələcəkdə hidrogenin alternativə çevriləcəyi təqdirdə həlledici ola bilər.

Şinşu Universitetinin professoru professoru Kazunari Domen məqaləsini bunu belə izah edib: “Fotokatalizatorlardan istifadə edərək günəş işığının yaratdığı suyun parçalanması günəş enerjisini kimyəvi enerjiyə çevirmək və saxlamaq üçün ideal texnologiyadır. Fotokatalitik materiallar və sistemlərdəki son inkişaflar onun həyata keçirilməsi üçün ümid verir”.

İşığa məruz qaldıqda, bu katalizatorlar suyu onun tərkib hissələrinə parçalayan kimyəvi reaksiyaları təşviq edir. Konsepsiya yeni deyil, lakin mövcud “birpilləli” katalizatorların əksəriyyəti səmərəsizdir və günəşdən hidrogenə cüzi çevrilmə sürətinə malikdir.

Başqa, daha mürəkkəb iki mərhələli sistem var və o, daha effektivdir. Bu sistemlərdə bir fotokatalizator sudan hidrogen, digəri isə oksigen yaradır. Yaponiya alimləri bu ikinci “iki addımı”- suyun parçalanması prosesini seçiblər.

“Günəş enerjisinin çevrilməsi texnologiyası gecə və ya pis hava şəraitində işləyə bilməz. Ancaq günəş işığından gələn enerjini yanacaq materiallarında kimyəvi enerji kimi saxlayaraq, onu istənilən vaxt, hər yerdə istifadə etmək olar.” – deyə tədqiqatın digər müəllifi Şinşu Universitetindən Dr.Takaşi Hisatomi vurğulayıb.

Hisatominin sözlərinə görə, ultrabənövşəyi radiasiyaya reaksiya verən fotokatalizatordan istifadə edən sistemdə günəş enerjisinin çevrilmə səmərəliliyi təbii günəş işığı altında bir yarım dəfə yüksək olub:  “İnkişaf edilməli olan ən vacib cəhət günəş enerjisinin fotokatalizatorlardan istifadə edərək kimyəvi enerjiyə çevrilməsinin səmərəliliyidir”.

“Əgər bunu praktiki səviyyəyə çatdırmaq mümkün olarsa, bir çox tədqiqatçılar kütləvi istehsal texnologiyasının inkişafı, qazın ayrılması prosesləri və iri miqyaslı zavodların tikintisi ilə ciddi məşğul olacaqlar”, – deyə o, yekunlaşdırıb.

Post navigation

Previous: Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb
Next: Miqrasiya Xidməti COP29-a görə Bakıya gələn əcnəbilərə müraciət edib

Oxşar xəbərlər

kelbecer
  • Banner
  • Sosial

“Türkiyə Azərbaycana helikopter vermədi” iddiası doğrudurmu? –

User 12 Mart 2026 - 19:46
ziya bunaydov elcibey
  • Banner

Azərbaycanın Rusiyaya birləşdirilməsinə etiraz edən iki məşhur alimə necə cəza verilib? –

User 22 Fevral 2026 - 10:00
mumiya esas
  • Banner

Firon sərdabələrini açan alimlər niyə ölürdülər? –

User 17 Fevral 2026 - 20:27

xƏBƏR

ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi

User 08 Noyabr 2026 - 13:56
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında...
Read more about Ərdoğan Azərbaycana səfərə gəldi
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi aramko
  • Dünya

Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi

User 08 Noyabr 2026 - 13:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.