Yaponiya rəhbərliyinin ilk dəfə NATO-nun sammitinə qatılacağı gözlənilir.
Azpost.info xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Məlumata görə, baş nazir Fumio Kişida iyunun sonunda Madriddə keçiriləcək NATO sammitində iştirak etməyi düşünür. Buna qədər Yaponiya hökumətinin başçıları alyansın sammitlərində heç vaxt təmsil olunmayıblar.
F.Kişida görüşdə Ukraynadakı vəziyyət, Çin və Şimali Koreyanın hərəkətləri ilə bağlı məsələləri qaldıra bilər. O, Tokionun müdafiə qabiliyyətini gücləndirmək planları barədə də məlumat vermək niyyətindədir. NATO sammiti iyunun 28-30-da İspaniyada keçiriləcək. Alyans liderləri yeni strateji konsepsiya qəbul edəcək, həmçinin NATO-nun gücləndirilməsi və iqlim dəyişikliyinin təhlükəsizliklə bağlı nəticələrini nəzərdən keçirəcəklər.
Azpost.info