Yaponiya Ukrayna ətrafında vəziyyətlə bağlı G7 ölkələrinin siyasətinə uyğun hərəkət edəcək
Yaponiya hökuməti Ukrayna ətrafında vəziyyətlə bağlı G7 ölkələrinin siyasətinə uyğun hərəkət edəcək.
Bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida yanvarın 26-da parlamentin büdcə komissiyasının iclasında keçirilən müzakirələr zamanı bildirib.
“Biz böyük narahatlıqla Rusiyanın Ukrayna ilə sərhəddə hərbi qüvvələrini toplamasını izləyirik. Bununla əlaqədar biz G7 ölkələrinin siyasətinə uyğun hərəkət edəcəyik”, – deyə Baş nazir qeyd edib.
Xatırladaq ki, son günlər Qərb ölkələrində və Kiyevdə Rusiyanın Ukrayna ərazilərinə təcavüzə hazırlaşdığı barədə xəbərlər yayılıb.
