Yaponiya Ukraynanın bərpasına kömək edəcək

Yaponiya və Ukrayna dağıdılmış infrastrukturların bərpası sahəsində əməkdaşlıq memorandumu imzalayıblar.

Azpost.info bildirir ki, yapon mütəxəssislər mənzillərin yenidən qurulması, su təchizatı, kanalizasiya və nəqliyyat infrastrukturunun bərpası, eləcə də məktəblərin inkişafı sahəsində təcrübələrini bölüşəcəklər.

Sənədi Yaponiyaya səfərə gəlmiş yenidənqurma üzrə nazir Xiromiçi Vatanabe və Ukrayna Baş nazirinin yenidənqurma üzrə müavini Aleksandr Kubrakov imzalayıblar.

“Bu memoranduma əsasən, Yenidənqurma İdarəsi Ukraynanın üzləşdiyi problemlərin həllinə töhfə vermək üçün Böyük Şərqi Yaponiya zəlzələsinin bərpası ilə bağlı biliklərini təqdim edəcək”, – Yaponiya Yenidənqurma İdarəsinin saytında deyilir.

Yaponiya hökuməti artıq Ukraynaya 7,6 milyard dollar yardım ayırıb. Kiyev Tokiodan gülləkeçirməz jiletlər, dəbilqələr, yük maşınları, quru yeməklər kimi qeyri-öldürücü hərbi yardımlar alıb.

May ayında Yaponiya Ukraynaya 100 hərbi maşın vəd edib və həmçinin Rusiyaya qarşı sanksiyaları genişləndirib. İyun ayında Yaponiyanın baş naziri Fumio Kişida bildirmişdi ki, Tokio Kiyevə minalardan təmizləmə və yenidənqurma işlərində yardımı davam etdirəcək.

Azpost.info

Əvvəlki məqalə

Hansı pəhriz tez arıqlamağa kömək edir? –

Sonrakı məqalə

Qocalmanı ləngidən sadə üsul –