Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi Tokioda britaniyalı həmkarı Ceyms Kleverli ilə Rusiyaya qarşı sanksiyaları müzakirə edib.
Azpost.info xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Rusiyaya qarşı sanksiya siyasətinin davam etdirilməsinin və beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq vasitəsilə Ukraynaya dəstək verilməsinin vacibliyini vurğulayıblar.
Nazirlər həmçinin müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər. Hayaşinin sözlərinə görə, Tokio və London arasında münasibətlər son vaxtlar Hind-Sakit okean regionunda əməkdaşlığın inkişafı fonunda daha da yaxınlaşıb.
Britaniyanın xarici işlər naziri Yaponiyaya keçmiş Baş nazir Sindzo Abenin dövlət dəfn mərasimində iştirak etmək üçün gəlib.
Azpost.info
