Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Ukraynaya səfər edib.
Azpost.info xəbər verir ki, nazir Kiyevə Polşadan qatarla gəlib.
XİN rəhbəri səfər çərçivəsində Buça şəhərinə də baş çəkib və burada ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşüb.
Danışıqlar zamanı Kamikava əmin edib ki, Yaponiya əvvəlki kimi Ukraynanı dəstəkləmək niyyətindədir.
Yaponiya tərəfi Kiyevə gələcək yardımın təfərrüatlarını və bununla bağlı planları izah etməyi planlaşdırdığını açıqlayıb.
“Səfər zamanı Yaponiya nümayəndə heyəti Ukrayna tərəfi ilə ədalətli və davamlı sülhə nail olmaq səyləri barədə fikir mübadiləsi aparacaq. Bundan başqa, yapon diplomatları qışa hazırlıq üçün Ukraynaya irihəcmli enerji avadanlığının təhvil verilməsi mərasimində iştirak edəcəklər”, – Yaponiya XİN bildirib.
Azpost.info