Yaponiyada hərracda bir kiloqram çay rekord məbləğə satılıb

Yaponiyanın mərkəzi hissəsində becərilən çayın yarpaqlarının bir kiloqramı indiyə qədər keçirilən bütün hərraclardan fərqli olaraq, rekord məbləğə – 1,96 milyon yenə (15,5 min dollara) satılıb.

Kyodo agentliyi  xəbər verir ki, hərrac Yaponiyanın ən yaxşı çaylarının yetişdiyi Şizuoka şəhərində keçirilib.

Mütəxəssislərin bildirdiyinə görə, rekord məbləğə alınan yaşıl çay özünəməxsus dadı, iyi və rəngi ilə seçilir. Bildirilir ki, Şizuoka hərracında yeni çay məhsulu orta hesabla bir kiloqramı üçün 5 min yenə (40 dollara) satılıb.

Əlavə olaraq qeyd edək ki, Yaponiya kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan hərracların təşkili ilə tanınıb. Məsələn, ötən ilin iyulunda Kanazava şəhərində təşkil edilən hərracda “Roma yaqutu” adlı üzüm növünün bir kiloqramı 13 min dollara satılıb.

Əvvəlki məqalə

“Bizi Medvedçukla dəyişin!” –

Sonrakı məqalə

Dövlət müəssələri büdcə pulu ilə kiçik fermerlərdən ərzaq malları ala biləcək –