Yaponiyada ilk dəfə koronovirusun anadan körpəyə ötürülməsi qeydə alınıb

Yaponiyada ilk dəfə COVID-19 virusunun anadan yeni doğulmuş körpəyə ötürülməsi faktı qeydə alınıb.

Bu barədə martın 22-də NHK telekanalı Yaponiya Pediatorlar Cəmiyyətinə istinadla məlumat yayıb.

Mütəxəssislərin bildirdiyinə görə, bu, yeni doğulan körpədən virus testi götürüldükdən sonra məlum olub. Həkimlər ananın və körpənin hazırda özlərini yaxşı hiss etdiklərini və onların səhhətlərində heç bir problem olmadığını qeyd edirlər.

Bildirilir ki, koronairus pandemiyası başlayandan Yaponiyada koronavirusa yoluxmuş 51 ananın körpəsi dünyaya gəlib. Həmin körpələrin heç birində koronovirus testi müsbət olmayıb.

Xatırladaq ki, martın 22-dən başlayaraq Yaponiyada fövqəladə vəziyyət rejimi aradan qaldırılıb. Fövqəladə vəziyyət rejimi Tokioda və qonşuluqda yerləşən Saytama, Çiba və Kanaqava prefekturalarında gecə saat 00:00-dan ləğv olunub. Digər regionlarda fövqəladə vəziyyət rejimi daha əvvəl ləğv edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

2 gün ərzində törədilmiş 38 cinayətin üstü “isti izlər”lə açılıb –

Sonrakı məqalə

“Avqusta qədər erməni silahlıları Qarabağdan tam çıxarılacaq” –